Rektor “Sabahın alimləri”ni qəbul edib

09/03/2018

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov “Gənc istedadlar” liseyinin “Sabahın alimləri” 7-ci Respublika müsabiqəsində iştirak edən qaliblərini qəbul edib, onları təbrik edərək uğurlar arzulayıb.
Qeyd edək ki, şagirdlərdən Tofiq Əliyev və İsmayıl Eyyub 1-ci, Vəfa Babanlı, Tural Kazımlı, Elşad Məmmədov, Banuçiçək Qəhrəmanlı, Rəvan Axundov, Uğur Ələkbərli, Xəqani Qasımov, Əmiraslan Cabbarov 2-ci, İsmayıl Məmmədli, Maqsud Mirzəzadə, Zəhra Allahverdi, Şükufə Bayramova, Emin Cəfərli 3-cü yerə layiq görülüblər.
2012-ci ildən keçirilən adıçəkilən müsabiqənin məqsədi şagirdləri elmə sövq etmək və onlara tədqiqat aparmaq bacarığını aşılamaqdır. “Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” müsabiqəsində hər zaman uğurla iştirak ediblər. Müsabiqədə 1-ci yerə layiq görülmüş şagirdlərdən 8 nəfəri müxtəlif vaxtlarda ABŞ-da keçirilən “Sabahın alimləri” beynəlxalq müsabiqəsində  respublikamızı təmsil ediblər. Onu da qeyd edək ki, müxtəlif  illərdə müsabiqə qalibi olmuş şagirdlərin əksəriyyəti xarici ölkələrin nüfuzlu universitetlərində təhsillərini davam etdirirlər.
Mətbuat və informasiya şöbəsi, 09 mart 2018-ci il.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026