Rektor səfiri qəbul edib

07/07/2010

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Çexiya Respublikasının ölkəmizdəki səfiri Radek Matulanı qəbul edib. Öncə universitet haqqında məlumat verən rektor, onun beynəlxalq əlaqələrindən, o cümlədən bir çox Avropa ölkələrinin universitetləri ilə ikitərəfli müqavilələrindən söz açıb, BDU-nun Çexiya ali məktəbləri ilə əməkdaşlığa önəm verdiyini bildirib.

18 min tələbəsi olan universitetdə güclü elmi məktəbin formalaşdığını qeyd edən rektor, vaxtilə kimya fakültəsinin Çexiya ali məktəbləri ilə sıx əlaqələrinin olduğunu diqqətə çatdırıb, münasibətlərin bərpası və genişləndirilməsini vacib sayıb. Çexiya universitetləri ilə tələbə mübadiləsi, təcrübələrin keçirilməsi barədə protokolun imzalanmasını, gənclərin humanitar sahədə əlaqələrinə təkan verilməsini təklif edib. BDU-nun elmi laboratoriyaları, mərkəzləri, o cümlədən nanotexnologiya sahəsində əldə olunan nailiyyətlər barədə danışan rektor, Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi potensialının intellekt kapitalına çevrilməsi barədə sözlərini də xatırladıb.

Çexiyanın Azərbaycanı özünə starterji tərəfdaş hesab etdiyini deyən səfir Radek Matula ölkələrarası münasibətlərdən bəhs edib, mədəniyyət və elmi əlaqələrin inkişafının vacibliyindən söz açıb. Səfir də öz növbəsində Çexiya universitetlərinin BDU ilə əlaqələrin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Səfir Radek Matula görüşdən sonra universitetlə tanış olub və yüksək təəssüratla ayrılıb.

 

Mətbuat və informasiya şöbəsi


 

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026