Rektor tələbə müraciətlərini öz cari və perspektiv fəaliyyət proqramına daxil edib

22/04/2019

Bakı Dövlət Universitetində tədrisin təşkili, təhsilin daha təkmil olması üçün fərqli yanaşma, yeni ideya, layihə, təklif, rəy, o cümlədən narazılıq və şikayətlərin öyrənilməsi  məqsədilə qoyulmuş və şəxsən rektor Elçin Babayevin nəzarət etdiyi “Tələbə qutusu”na, eyni zamanda, universitetin bsu.edu.az rəsmi saytında açılan “Tələbədən rektora” bölməsinə müraciətlər daxil olmaqda davam edir. 4-20 aprel tarixlərində “Tələbə qutu”suna 612, “Tələbədən rektora” bölməsi vasitəsilə isə 51, ümumilikdə 663 müraciət daxil olub.

Rektor hər iş gününün sonunda müraciətlərin hər birini şəxsən nəzərdən keçirir, onları qruplaşdıraraq mərhələli şəkildə araşdırılması, tədbirlər görülməsi və həlli məqsədilə aidiyyatı strukturlara, fakültələrə tapşırıqlar verir.

Qaldırılan məsələlərin, ideya və təkliflərin əksəriyyəti rektor üçün maraqlı olduğundan onları öz cari və perspektiv fəaliyyət proqramına daxil edib. Konkret faktlar isə bilavasitə araşdırılır və müvafiq tapşırıqlar verilir. Tələbə müraciətlərindən universitet naminə bəhrələnən rektor tələbələrə təşəkkür edir və daha aktiv olmalarını arzulayır.

Mətbuat və informasiya şöbəsi, 22 aprel 2019-cu il.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026