REKTOR TƏLƏBƏLƏRİ TƏBRİK EDİB

28/12/2010

Bu gün Bakı Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov tələbə və müəllim heyətini təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb. Rektor 2010-cu ildə ölkəmizin bütün sahələrdə uğurlar əldə etməsindən, dünyanın qabaqcıl dövlətinə çevrilməsindən, çox ciddi siyasi və iqtisadi uğurlara imza atmasından danışıb: “Müstəqil dövlətimiz güclü inkişaf potensialı, səmərəli idarəetmə sistemi ilə nəzərdə tutulmuş bütün proqramları müvəffəqiyyətlə həyata keçirmişdir.” Akademik Abel Məhərrəmov xüsusilə qeyd edib ki, respublikamızda hökm sürən sabit və sağlam ictimai-siyasi mühit Bakı Dövlət Universitetinə 2010-cu ildə də yeni nailiyyətlər  əldə etməyə imkan verib, ulu öndərimiz Heydər Əliyevin «Azərbaycan xalqının milli sərvəti» adlandırdığı elm və təhsil ocağı üçün əlamətdar olub. 2010-cu ildə universitetdə yeni elmi strukturlar yaradılıb, tədrisin keyfiyyəti yaxşılaşdırılıb, universitetin beynəlxalq əlaqələri daha da genişlənib və sair işlər görülüb. Tədbirdə Sosiologiya kafedrasının müdiri, professor İzzət Rüstəmov və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Sahil Hacıyev də çıxış ediblər. Tədbir tələbələrin təşkil etdiyi Yeni il şənliyi ilə başa çatıb.

 

BDU-nun Mətbuat və informasiya şöbəsi

 

Xəbərlər

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026