Rektor tələbələrlə görüşüb

09/12/2014

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov dekanların və struktur rəhbərlərinin iştirakı ilə I-IV kurs tələbələrinin sinif nümayəndələri ilə böyük akt zalında görüşüb. 2015-ci ilin iyun ayında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi səbəbilə bütün təhsil müəssisələrində tədris prosesinin və imtahan sessiyasının 2015-ci il may ayının 31-də başa çatdırılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktubunu tələbələrin diqqətinə çatdırıb. Məktuba əsasən rektor dərslərin 26.12.2014-cü il tarixində bitməsi, qış imtahan sessiyasının 3 həftə davam etməsi və qış tətilinin 1 həftə olması barədə qrafiklə tələbələri məlumatlandırıb.

BDU-da imtahan qrafikinin sıxlığını və tələbələrin çoxsaylı müraciətlərini nəzərə alaraq rektor imtahan suallarının qismən azaldılması, imtahanlar arasında günlərin sayının normativə uyğun müəyyən edilməsi üçün əlavə olaraq həftənin 6-cı günü də  imtahanlar salınması, tələbələrin ərizələri əsasında dekabrın 25-27-sində sessiyadan əvvəl başa çatmış fənlər üzrə imtahanların keçirilməsi, davamedici olmayan fənlər üzrə alt qrupda imtahanlar növbəti semestrin birinci həftəsində keçirilə biləcəyi barədə məlumatı , kafedralar üzrə məsləhət saatları təşkil olunması, həmçinin yeni tələblərə uyğun tərtib edilmiş imtahan suallarının tələbələrə vaxtında paylanması haqqında göstərişlər verib.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 9 dekabr 2014-cü il.

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026