Rektor xaricdə təhsil almış mütəxəssislərlə görüşdü

16/04/2011

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Amerikanın və Avropanın ən qabaqcıl universitetlərində magistr və doktor dərəcəsi almış 25-ə yaxın mütəxəssislə görüşüb. Bu görüşə xüsusi əhəmiyyət verdiyini deyən rektorun sözlərindən məlum olub ki, artıq bir neçə ildir ki, universitetin bəzi fakültələrinin bakalavr və magistr pilləsində ingilisdilli qruplar fəaliyyət göstərir. Həmin qruplarda təhsil alan tələbələrin bilik səviyyələrini daha da artırmaq, beynəlxalq aləmə çıxışlarını təmin etmək məqsədilə xaricdə təhsil almış bir neçə mütəxəssis Sosiologiya, Hüquq, Filologiya, Biologiya fakültələrində tədris prosesinə cəlb olunublar. Rektor həmin mütəxəssislərin sayını artırmaq barədə düşündüklərini, işlə təmin etdikləri gənc kadrların hazırlıq səviyyəsindən, tədris etdikləri dərslərin keyfiyyətindən razı qaldığını da görüş iştirakçılarını diqqətinə çatdırıb.

Gənc mütəxəssislərin fikir mübadiləsi ilə davam edən görüşdə tələbələrin xarici təşkilatlarda təcrübə keçmələri və digər mühüm məsələlər müzakirə olunub. Rektor bildirib ki, irəli sürülən bütün məntiqli təkliflər reallaşdırılacaq və tədrisin keyfiyyətinin artırılması üçün onlara dəstək veriləcək.

Mətbuat və İnformasiya şöbəsi, 16 aprel 2011-ci il.

Xəbərlər

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb
16/06/2026

BDU-da yaz imtahan sessiyası uğurla davam edir

BDU-da yaz imtahan sessiyası uğurla davam edir
16/06/2026

Azərbaycan tarixinin dönüş nöqtəsi - Milli Qurtuluş Günü

Azərbaycan tarixinin dönüş nöqtəsi - Milli Qurtuluş Günü
15/06/2026