Rektor Yekun Dövlət Attestasiyasına buraxılan humanitar fakültələrinin tələbələri ilə görüşüb

16/05/2013

Bu gün BDU-nun Böyük Akt zalında rektor, akademik Abel Məhərrəmov Yekun Dövlət Attestasiyasına buraxılan humanitar fakültələrinin tələbələri ilə görüşüb.

Görüşdə rektor Abel Məhərrəmov tələbələrin problemləri ilə maraqlanıb, yaz sessiyası nəticəsində Apellasiya Komisiyasına müraciət edən tələbələrin nəticələrini müzakirə edərək müəyyən tapşırıqlar verib, onların çoxsaylı suallarını cavablandırıb.Rektor tələbələrə imtahana ciddi hazırlaşmalarını tövsiyə edib, imtahanlara nəzarəti bilavasitə özü edəcəyini xatırladıb.

Eyni zamanda fakültə dekanları və kafedra müdirlərinə tələbələrlə vaxtaşırı görüşmək, onların icmal mühazirələrdə fəal iştirakları üçün dəstək vermək barədə göstərişlər verib.

Mətbuat və İnformasiya şöbəsi, 16 may, 2013-cü il.


Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026