Rektorun birinci kurslarla görüşü davam edir

07/10/2011

Bu gün rektor, akademik Abel Məhərrəmov Sosial Elmlər və psixologiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirib. Rektor Abel Məhərrəmov birinciləri tələbə adı qazanmaları münasibətilə təbrik edib, onlara universitetin tarixi, inkişaf mərhələləri barədə məlumat verib. Ümummilli lider Heydər Əliyevin məzunu olduğu universitetdə oxumağın böyük şərəf, həm də məsuliyyət olduğunu söyləyən akademik A.Məhərrəmov bildirib ki, universitet yetkin bir insanın təhsil aldığı müəssisədir və burada yalnız oxuyub, seçdiyin ixtisasın peşəkarı olmağa çalışmaq lazımdır. Rektor bu günlərdə BDU-nun dünyanın 700 ən yaxşı universiteti siyahısına daxil olduğunu deyib. Eyni zamanda, tələbələri ingilis dilini öyrənməyə, informasiya-kommunikasiya texnologiyalarına mükəmməl şəkildə yiyələnməyə çağırıb.

Mətbuat və informasiya şöbəsi, 07 oktyabr 2011-ci il.

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026