Rektorun IV kurs tələbələri ilə görüşü davam edir

16/05/2012

Akademik Abel Məhərrəmov dövlət imtahanı ilə bağlı bu dəfə Ekologiya və torpaqşünaslıq və Hüquq fakültələrinin tələbələri ilə görüşüb. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva dövlət imtahanına hazırlıqla bağlı məlumat verib. Rektor Abel Məhərrəmov tələbələrin problemləri ilə maraqlanıb, onların suallarını cavablandırıb. Qeyd edək ki, dövlət imtahanından keçə bilməyən tələbələr üçün yenidən imtahanlar təşkil ediləcək. Bununla belə, rektor tələbələrə imtahana ciddi hazırlaşmalarını tövsiyə edib.

Mətbuat və informasiya Şöbəsi,16 may 2012-ci il.

Xəbərlər

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
21/11/2026

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026