Rektorun tələbələr ilə görüşü

13/04/2009

BDU-nun rektoru, akademik Abel Məhərrəmov aprelin 13-də tətbiqi-riyaziyyat, fizika və mexanika-riyaziyyat, aprelin 14-də isə kimya, biologiya, geologiya və coğrafiya fakültələrinin IV kurs tələbələri ilə görüş keçirdi. Əsasən dövlət imtahanı ilə bağlı məsələlər müzakirə olundu. Dövlət imtahanının hər bir tələbənin həyatında çətin sınaq olduğunu vurğulayan akademik "Biz sizin haqqınızda sizdən çox düşünürük", - deyərək imtahanların şəffaf və adalətli keçməsi üçün onlara bütün şəraitin yaradılacağını bildirdi: "Biləsiniz ki, imtahanlarla bağlı bütün şikayətlərinizə hər gün fəaliyyət göstərəcək Apellyasiya Komissiyası baxacaq".
Tələbələrin BDU-nun məzunu kimi gələcəkdə dövlət idarəçiliyində 70-80 faiz yer tutacaqlarını, millətimizin təfəkkür mənbəyi olacaqlarını və buna yalnız savad, geniş dünyagörüş, zəhmət və yüksək nizam-intizamla layiq olacaqlarını bildirdi.
Qeyd edək ki, dövlət imtahanları ilə əlaqədar rektor, akademik Abel Məhərrəmov mütəmadi olaraq digər fakültələrin tələbələri ilə də görüşəcək.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026