BDU ilk dəfə "Şanxay reytinqi"ndə TOP 500-də yer alıb

30/01/2025

Dünyanın ən nüfuzlu reytinqlərindən biri hesab olunan “Şanxay reytinqi” ("Shanghai ranking") tərəfindən “Akademik Fənlərin Qlobal Reytinqi” dərc olunub. Bakı Dövlət Universiteti ilk dəfə sözügedən reytinqdə riyaziyyat fənni üzrə təmsil olunur. Belə ki, Bakı Dövlət Universiteti reytinqdə 401-500-cü pillələr arasında yer alıb.

Azərbaycan bu reytinqdə riyaziyyat fənni üzrə Cənubi Qafqaz regionunu təmsil edən yeganə ölkədir.

Qeyd edək ki, “Akademik Fənlərin Qlobal Reytinqi”ndə təbiət elmləri, mühəndislik, həyat elmləri, tibb elmləri və sosial elmlər daxil olmaqla 5 geniş sahə və 55 fənn üzrə dünyanın 96 ölkəsindən 1900-dən çox universitet yer alır. Bu reytinq müvafiq fənlər üzrə dünya universitetlərinin fəaliyyətini 5 kateqoriyaya (dünya səviyyəli akademik heyət, dünya səviyyəli elmi göstəricilər, yüksək keyfiyyətli tədqiqat, tədqiqat təsiri və beynəlxalq əməkdaşlıq) əsasən qiymətləndirir.

Azərbaycandan müvafiq reytinqdə yer alan Azərbaycan Universitetini də təbrik edirik.

Xəbərlər

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır
28/08/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”
28/08/2026

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub
28/08/2026