Riqa Texniki Universitetinin nümayəndə heyəti BDU-da olub

24/04/2013

Bu gün Riqa Texniki Universitetinin rektoru, professor Leonid Ribiskisin başçılıq etdiyi nümayəndə heyəti BDU-da olub. Qonaqlar universitetin Elm və innovasiyalar üzrə prorektoru, prof. Aydın Kazımzadə, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, prof. İradə Əliyeva, Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə prorektoru, dos. Şəlalə Məmmədova və Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, prof.  Sani Hacıyevlə görüşüblər. Görüşdə   bir neçə il əvvəl universitetlər   arasında imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq həyata keçirilmiş işlər barədə fikir mübadiləsi aparılıb.  Həmçinin  bu əməkdaşlığın  daha da səmərəli olması üçün  tələbə   mübadiləsi, eləcə də birgə layihə və proqramlarda iştirak etməyin vacibliyi vurğulanıb.
Qeyd edək ki, 750 müəllimi olan Riqa Texniki Universitetində 14500-dən çox tələbə təhsil alır. Universitetdə Fransadan, Almaniyadan, İtaliyadan, İspaniyadan, Livandan, Suriyadan, İsraildən, Hindistandan, Çindən, Amerika Birləşmiş Ştatlarından, Russiyadan, Ukraynadan, Özbəkistandan, Nigeriyadan, Türkiyyədən və digər ölkələrdən olan tələbələr oxuyur.  Universitetin əsas tədqiqat istiqamətlərinə mühəndislik elmi, informasiya texnologiyaları, üzvi kimya, memarlıq və mühəndislik iqtisadiyyatı daxildir.
Nümayəndə heyəti  Nanotexnologiya Laboratoriyasında və digər elmi mərkəzlərdə olublar.

Mətbuat və İnformasiya şöbəsi, 24 aprel 2013-cü il



Xəbərlər

BDU-nun akademik heyəti üçün təlim: Klinik sosial iş

BDU-nun akademik heyəti üçün təlim: Klinik sosial iş
31/07/2026

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində uğurla təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində  uğurla təmsil olunur
30/07/2026

BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram

BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
30/07/2026