Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

06/05/2015

Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. İclası giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb və gündəliyi elan edib.

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva yaz imtahan sessiyası və Yekun Dövlət Attestasiyasına hazırlıq barədə məruzə ilə çıxış edib. Professor İradə Əliyeva, eyni zamanda, Sankt-Peterburq Dövlət İqtisad Universitetində 100-dən çox universitet rektorunun qatıldığı Avrasiya Universitetlər Assosiasiyasının XIII qurultayı haqqında məlumat verib. Bildirib ki, həmin qurultayda Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Antiniviç Sadovniçi BDU-nun rektoru, akademik Abel Məhərrəmovun M.V.Lomonosov adına MDU-nun Elmi Şurasının qərarı ilə bu ali məktəbin Fəxri professoru adına layiq görüldüyünu elan edib, müvafiq diplomu və medalı ona təqdim edib.

BDU rektoru “Fundamental və tətbiqi elmlərin inkişafında böyük xidmətlərinə və Moskva Dövlət Universiteti ilə çoxillik səmərəli fəaliyyətinə görə” bu ada layiq görülüb.

Mətbuat və informasiya şöbəsi 06 may 2015-ci il.

Xəbərlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər
14/01/2026

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək
13/01/2026

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb
12/01/2026