“Robotex Türkiyə”nin qalibi olan BDU komandaları böyük coşqu ilə qarşılanıb

22/04/2024

20-21 aprel tarixlərində dünyanın ən böyük robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinalında Bakı Dövlət Universitetini (BDU) uğurla təmsil edərək qələbə qazanan komandalarımız Vətənə qayıdıblar.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında BDU-nun qalib “Robotex” komandalarını Universitetin tələbə və əməkdaşları böyük təntənə və sevinclə qarşılayıblar.

Qeyd edək ki, BDU-nun festivalda iştirak edən 7 komandasının hər biri qalib olub. BDU-nun 2 komandası ( “85 Games Studio və “Humantek”) yarışmada I, 2 komandası (“Bilig” və “Bradenburg”) II, 3 komandası isə (“AiTech Group”, “QuantumTech” və “TechTitans”) III yerə layiq görülüb.

Estoniyada əsası qoyulan “Robotex” festivalı dünyanın ən böyük robot yarışması hesab edilir. “Robotex Türkiyə”də dünyanın 11 ölkəsindən 19 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2500-dən artıq iştirakçı yarışırdı. Qalib komandalar “Robotex”in final mərhələsində iştirak hüququ qazanıblar.

Xəbərlər

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026