“Rossotrudniçestvo” təşkilatının nümayəndə heyəti BDU-da olub

18/11/2021

“Rossotrudniçestvo” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Bakı Dövlət Universitetinin (BDU) qonağı olub.

Görüşdə BDU-nun rektoru Elçin Babayev Azərbaycan və Rusiya arasında elm və təhsil, mədəni-humanitar sahələrdə əməkdaşlıq münasibətlərindən bəhs edib. Rusiya ali təhsil müəssisələri ilə əlaqələrin inkişaf perspektivləri haqqında danışıb. “Russkiy mir” Fondunun BDU-da açdığı Rus Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verərək mərkəzin Universitetin həyatında, xüsusilə tələbələr arasında rus dili və ədəbiyyatının, mədəniyyətinin təbliğində əhəmiyyətli rol oynadığını vurğulayıb. Daha sonra rektor Rusiya universitetləri ilə BDU arasında elm və təhsil sahəsindəki qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi üçün əməli addımlar atıldığını bildirib.

“Rossotrudniçestvo” təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov BDU-nun Rusiya ali məktəbləri, elm və təhsil mərkəzləri ilə elmi-humanitar əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib. BDU-nun Rus Mərkəzi ilə “Rossotrudniçestvo” təşkilatının sıx əlaqələrindən məmnunluğunu ifadə edərək Azərbaycanın universitetlərinin flaqmanı olan BDU ilə əməkdaşlığın, birgə layihələrin genişləndiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə həmçinin mədəni-humanitar sahədə əməkdaşlığın perspektivləri, BDU və Rusiya universitetləri arasında ikili diplom layihələri, eləcə də birgə elmi-tədqiqat layihələrinin hazırlanması haqqında fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar Universitetin Rus Mərkəzi və Elmi Kitabxanası ilə tanış olublar.

Xəbərlər

BDU-nun rektoru, dilçi alim və tələbələri “AZLİNQ 2025” Beynəlxalq elmi konfransında

BDU-nun rektoru, dilçi alim və tələbələri “AZLİNQ 2025” Beynəlxalq elmi konfransında
16/11/2025

BDU-da ilk dərs günündən 106 il ötür

BDU-da ilk dərs günündən 106 il ötür
15/11/2025

BDU nümayəndə heyəti Çinin Anhui Universitetinin Universitet şurasının sədri ilə görüşüb

BDU nümayəndə heyəti Çinin Anhui Universitetinin Universitet şurasının sədri ilə görüşüb
15/11/2025