Şərqşünaslıq fakültəsi üzrə Tələbə-Gənclər Təşkilatına seçkilər keçirilib

02/12/2015

Şərqşünaslıq fakültəsində Tələbə-Gənclər Təşkilatının iclası keçirilib. İclasın gündəliyindəki əsas məsələ TGT-nin fakültə üzrə yeni heyətinin seçilməsi ilə bağlı olub. İclasda fakültə dekanı, dosent Elxan Əzizov, dekan müavinləri Adil Yəhyayev, Hüseyn Sadıqov və Cavanşir Məmmədzadə, BDU TGT-nin sədr müavini Sərxan Məmmədov, qrup nümayəndələri, büro üzvləri, eyni zamanda qonaq qismində digər fakültələrin sədrləri iştirak ediblər. Dosent Elxan Əzizov BDU-nun tələbə təşkilatları və onların fəaliyyəti, tələbələrin ölkəmizin və universitetin həyatında fəal rolu və vəzifələrindən geniş söhbət açıb. Sonra dekan müavini Cavanşir Məmmədzadə və universitetin TGT sədr müavini Sərxan Məmmədov çıxış edib,  TGT-nin gördüyü işlərdən bəhs edib.

Tədbirdə BDU Tələbə-Gənclər Təşkilatının Şərqşünaslıq fakültəsi üzrə sədr və sədr müavinləri vəzifələrini tutmaq üçün namizədlər  səsvermə yolu ilə seçilib. BDU Tələbə-Gənclər Təşkilatının Şərqşünaslıq fakültəsi üzrə sədr vəzifəsinə “İran” üzrə regionşünaslıq ixtisasının III kurs tələbəsi Cavanşir Yaşarlı, müavinlər isə “Türkiyə” üzrə regionşünaslıq ixtisasının II kurs tələbəsi Mirfərid Rzayev və “Yaponiya” üzrə regionşünaslıq ixtisasının I kurs tələbəsi Gülşən Şahidli seçilib. C.Yaşarlı çıxış edərək ona göstərilən etimada görə fakültə rəhbərliyinə və tələbə yoldaşlarına minnətdarlığını bildirib. Daha sonra  tələbələr arasından fakültə Tələbə-Gənclər Təşkilatına büro üzvləri seçilib. İclasa yekun vuran dosent Elxan Əzizov tələbələri təbrik edib və onlara işlərində müvəffəqiyyətlər arzulayıb.

Mətbuat və informasiya şöbəsi, 02 dekabr 2015-ci il.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026