Şərqşünaslıq fakültəsində Bayraq Gününə həsr olunmuş tədbir keçirilib

09/11/2020

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş onlayn bayram tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb.

Tədbirin moderatoru, dekan müavini Şahin Yusifli tədbir iştirakçılarını salamlayaraq Azərbaycan bayrağının yaranma tarixi, ona verilən önəm və 9 noyabr tarixinin Bayraq Günü kimi qeyd edilməsi haqqında iştirakçılara məlumat verib.

Fakültə dekanı, professor Elxan Əzizov iştirakçıları Şuşa şəhərinin işğaldan azad olunması və bayraq günü münasibəti ilə təbrik edərək bildirib ki, üçrəngli bayrağımız bizi irəliyə səsləyən, gələcəyə aparan, Vətənimizin tarixini yaşadan atributdur. Bu atributa hörmətlə yanaşmalı, onu göz bəbəyi kimi qorumalı və onunla qürur duymalıyıq. O vurğulayıb ki, üçrəngli bayrağımız şərəfli bir yol keçərək bu gün müstəqil Azərbaycanın başı üzərində dalğalanır.

Daha sonra Ərəb filologiyası kafedrasının müdiri Vüqar Qaradağlı və professor Rüfət Rüstəmov bu tip tədbirlərin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna rol oynadığını bildirərək davam edən Vətən müharibəsindən, bayrağımızın azad olunmuş ərazilərdə yüksəldilməsindən söz açıblar.

Aprel döyüşlərinin iştirakçısı, Regionşünaslıq (ərəb ölkəri üzrə) ixtisasının sonuncu kurs tələbəsi Heydər Pərvazlı, fakültə THİK və TGT təşkilatı sədrləri gənclərin Vətən müharibəsi dövründəki mövqeyi, bayrağa olan müqəddəs yanaşma barədə fikirlərini bölüşüblər.

Tədbirin sonunda fakültə TGT-nin təşkilatçılığı ilə Qubanın Xınalıq kəndində çəkilmiş, Dövlət Bayrağı Gününə həsr edilmiş videoçarx təqdim olunub.

 

Xəbərlər

Birinci instansiya məhkəmələrinə hakim təyin edilən 52 nəfərin 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə hakim təyin edilən 52 nəfərin 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026