Şərqşünaslıq fakültəsində Beynəlxalq Ərəb Dili Günü ilə bağlı tədbir keçirilib

18/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin təşkilatçılığı ilə “Beynəlxalq Ərəb dili Günü”nə həsr olunmuş tədbir keçirilib.

Fakültənin dekanı, professor Elxan Əzizov tədbiri giriş sözü ilə açaraq fakültənin ərəb dili və ədəbiyyatı istiqaməti üzrə fəaliyyət göstərən əməkdaşlarını, ərəb dili ixtisasları üzrə təhsil alan tələbələri əlamətdar gün münasibəti ilə təbrik edib. Qeyd edib ki, fakültənin tarixi, ərəb filologiyası kafedrasının fəaliyyəti, Azərbaycanda ərəbşünaslığın tarixi, ərəb dili üzrə mütəxəssislərin hazırlanması, habelə orta əsrlərdə ərəb dili üzrə əsərlər yaratmış şəxsiyyətlər barədə məlumat verib.

Ərəb filologiyası kafedrasının müdiri vəzifəsini icra edən, dosent Vüqar Qaradağlı ərəb dilinin tarixi əhəmiyyəti, onun keçdiyi inkişaf yolu, beynəlxalq dilə çevrilməsi, bu dildə yaranan müqəddəs dini kitab - “Qurani-Kərim”in əhəmiyyəti, o cümlədən ərəb dilinin müasir problemləri barədə məruzə ilə çıxış edib.

Ərəb filologiyası kafedrasının əməkdaşları dosent Heybət Heybətov, baş müəllim Könül Eyvazova, dosent Səbinə Mirzəyeva qədim linqvopoetik ünsürləri özündə əhatə edən, daim zənginləşərək inkişaf edən ərəb dilinin İslam aləmindəki əhəmiyyəti, dünya dilləri arasında olan mövqeyi, ərəb dilində yazıb-yaratmış azərbaycanlı müəlliflərin əsərlərinin tədqiqinin vacibliyini qeyd edib, bu istiqamətdə aparılan işin ölkəmiz üçün əhəmiyyətli olacağını vurğulayıb.

Tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.

Sonda beynəlxalq ərəb dili gününə həsr olunmuş videoçarx nümayiş olunub.

 

Xəbərlər

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub
13/06/2026