Şərqşünaslıq fakültəsində elmi seminar keçirilib

04/06/2021

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində “Fars dilində omofonlar” mövzusunda elmi seminar keçirilib. Şərqşünaslıq fakültəsinin dekan müavini Nigar İsmayılzadə seminarı açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2021-ci ilin “Nizami ili” elan edilməsi ilə əlaqədar BDU-da  silsilə tədbirlərin keçirilməsindən, tələbələr üçün ustad dərslərin təşkil edilməsindən, eyni zamanda fakültənin professor-müəllim heyətinin elmi fəaliyyətlərini işıqlandırmaq, apardıqları tədqiqat işlərin istiqamətini elmi ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə elmi seminarların keçirilməsinin əhəmiyyətindən danışıb.
Məruzəçi İran filologiyası kafedrasının dosenti Əsmətxanım Məmmədova “Fars dilində omofonlar” mövzusunda məruzəsində dünya dillərində omofonların fonetika daxilində öyrənilməsi, ərəb qrafikalı əlifbadan istifadə olunan fars əlifbasının xüsusiyyətindən asılı olaraq omofonların və omoqrafların  zənginliyini, fars dilinin fonetikası, qrafikası, orfoepiyası və orfoqrafiyası sahəsində apardığı tədqiqatlarda əldə etdiyi elmi nəticələrdən bəhs edib.  Tədqiqatçı fars dilində omofonların səkkiz əsas bölmədə araşdırdığını göstərərək, nümunələr  gətirməklə aparılan tədqiqatın aktuallığını izah edib.
Tədbir professor-müəllim heyətinin mövzu ətrafında müzakirəsi ilə davam edib.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026