BDU-nun Şərqşünaslıq fakültəsində “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” adlı dəyirmi masa keçirilib

08/05/2021

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Ümmummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” adlı onlayn dəyirmi masa keçirilib.

Fakültənin dekanı, professor Elxan Əzizov tədbiri giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib, Ulu Öndərin birinci hakimiyyəti dövründə həyata keçirdiyi siyasət, Azərbaycanı dünya dövlətləri sırasında çıxarmaq yolunda etdiyi cəhdlər barəsində geniş məlumat verib. E.Əzizov Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti boyu dövlətçiliyin inkişafı üçün gördüyü işlərdən, dahi şəxsiyyətin hələ sağlığında dünya siyasətçiləri arasında böyük fateh olmasından danışıb.

Milli Məclisin üzvü, BDU-nun Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafındakı rolu, xalq və dövlət birliyini formalaşdıran dövlət xadimi kimi Azərbaycan tarixində olan mövqeyi, Azərbaycançılıq və müstəqil Azərbaycan ideyalarının Ulu Öndər ətrafında formalaşmasının tarixi aspektləri, vətənpərvər nadir şəxsiyyətin siyasi fəaliyyətinin əsas istiqamətləri barəsində geniş məlumat verib.

Dəyirmi masada professor Əsədulla Qurbanov,  dosent Əsmətxanım Məmmədova, Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov çıxış edib. Natiqlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanda dövlətçiliyin bərpası və müstəqil Azərbaycanın qurulmasında xidmətləri barədə danışıb, unudulmaz və xalqın daim böyük hörmət və ehtiramla yad etdiyi Heydər Əliyevin böyük siyasi fəaliyyəti, SSRİ dövründə də mütəffiq respublikaların liderləri arasında Öndər bir dövlət xadimi olmasını diqqətə çatdırıblar.

Dəyirmi masa tələbələrin çıxışları ilə yekunlaşıb.

Xəbərlər

BDU-da keçirilən Beynəlxalq simpoziumun iştirakçıları Milli Kitabxananı ziyarət ediblər

BDU-da keçirilən Beynəlxalq simpoziumun iştirakçıları Milli Kitabxananı ziyarət ediblər
04/12/2024

BDU-nun magistrant və doktorantları Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin əməkdaşları üçün treninq keçiblər

BDU-nun magistrant və doktorantları Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin əməkdaşları üçün treninq keçiblər
04/12/2024

BDU-da "Heydər Əliyev mühazirələri" layihəsi çərçivəsində professor Misir Mərdanovla görüş

BDU-da "Heydər Əliyev mühazirələri" layihəsi çərçivəsində professor Misir Mərdanovla görüş
04/12/2024