Şərqşünaslıq fakültəsində “Müsəlman şərqində ilk demokratik Cümhuriyyət” adlı tədbir keçirilib

28/05/2021

Bu gün Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 28 May - Respublika gününə həsr olunmuş "Müsəlman şərqində ilk demokratik Cümhuriyyət" adlı onlayn tədbir keçirilib.

Fakültənin dekan müavini Şahin Yusifli iştirakçıları Respublika Günü münasibəti ilə təbrik edərək Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı mürəkkəb tarixi şərait, Cümhuriyyət dövründə əldə olunan uğurlar, ilk Azərbaycan universitetinin təsis edilməsi, ilk parlamentin fəaliyyətə başlaması, Cümhuriyyət liderlərinin Paris Sülh Konfransına yollanması, bu yolda olan çətinliklər, Cümhuriyyət və qonşu xalqların münasibətləri barəsində məlumat verib.

Elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə müstəqil Azərbaycanın Cümhuriyyətin hüquqi varisi olduğunu qeyd edib, tariximizin daim yaşadılması, müstəqilliyimizin yolunda əmək sərf etmiş mübariz şəxsiyyətlərin daim yad edilməsinin zəruriliyini vurğulayıb.

Fakültə Tələbə Gənclər Təşkilatının sədr müavini Nihat Əliyev tələbələr adından çıxış edərək Cümhuriyyətin varisi Azərbaycan Respublikası barədə fikirlərini söyləyib, Ümummilli lider Heydər Əliyevin Xalq Cümhuriyyəti barədə olan fikirlərini nəzərə çatdırıb.

 

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026