Şərqşünaslıq fakültəsində “Şərq multikulturalizmin beşiyidir” mövzusunda elmi-praktik konfrans keçirilib

12/12/2016

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Tələbə-Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Şərq multikulturalizmin beşiyidir” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Ərəb folologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev, Türk filologiyası kafedrasının professoru, millət vəkili Jalə Əliyeva, tanınmış elm xadimləri və tələbələr iştirak ediblər. Konfransı giriş sözü ilə açan Şərqşünaslıq fakultəsinin dekanı, professor Elxan Əzizov multikulturalizmin əhəmiyyətindən və Şərq ədiblərinin dünya mədəniyyətindəki rolundan danışıb.

Qeyd olunub ki, Azərbaycan bütün sahələrdə olduğu kimi bu multikulturalizm sahəsində də bütün dünyaya bir örnəkdir. Sonra çıxış edən Ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev bildirib ki, 2016-cı ilin “Multikulturalizm ili” elan olunması olduqca mühüm hadisə idi. O, İslam dininin Şərq dünyasına, eləcə də bütün dünyaya bəxş etdiyi müsbət dəyərlərdən danışıb.  Vurğulayıb ki, hələ VII əsrdə Ərəb cəmiyyəti cahillik bataqlığına çevrilmişdi. Məhz Məhəmməd Peyğəmbər (Ə.S) ərəb cəmiyyətini, çirkab içində olan ərəb insanını bu bataqlıqdan xilas etdi. Azərbaycanda heç bir şəxs dininə, irqinə görə təqib olunmur. Bütün dinlərin nümayəndələri tam sərbəst şəkildə öz dini ayinlərini yerinə yetirirlər.

Daha sonra Türk filologiyası kafedrasının professoru, millət vəkili Jalə Əliyeva, BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasov, Ərəb filologiyası kafedrasının professoru Nəsrulla Məmmədov, AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, dosent Məmmədəli Babaşlı, Ərəb filologiyası kafedrasının baş müəllimi, f.ü.f.d Heybət Heybətov və Şərqşünaslıq fakültəsinin dekan müavini Cavanşir Məmmədzadə məruzə ilə çıxış ediblər.

Mətbuat və informasiya şöbəsi, 12 dekabr 2016-cı il.

Xəbərlər

BDU-da “Zəka pillələri” intellektual oyunu

BDU-da “Zəka pillələri” intellektual oyunu
12/05/2026

“Muzeyşünaslıq” ixtisası üzrə təhsil alan tələbələr BDU-nun tarixi muzeyində 

“Muzeyşünaslıq” ixtisası üzrə təhsil alan tələbələr BDU-nun tarixi muzeyində
12/05/2026

Özbəkistanın Fərqanə Dövlət Universitetinin əməkdaşları BDU-da pedaqoji təcrübə proqramında iştirak ediblər

Özbəkistanın Fərqanə Dövlət Universitetinin əməkdaşları BDU-da pedaqoji təcrübə proqramında iştirak ediblər
12/05/2026