Şərqşünaslıq fakültəsində “Tənzimat dövrü türk ədəbiyyatı” adlı ustad dərsi

04/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrası və Mərmərə Universitetinin təşkilatçılığı ilə “Tənzimat dövrü türk ədəbiyyatı” mövzusunda onlayn ustad dərsi keçirilib.

Tədbirin məruzəçisi Mərmərə Universitetinin Türkiyat Araşdırmaları İnstitutunun Türk dili və ədəbiyyatı bölümünün dosenti Mehti Gəncəli əvvəlcə 1839-cu ildə Osmanlı dövlətinin Tənzimat islahatının qəbul edilməsi haqqında məlumat verib. Məruzəçi bu islahatın qəbulunun bilavasitə Avropanın təsiri ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, məhz buna görə də həmin dövrdə Avropa ədəbiyyatının türk ədəbiyyatına həm forma, həm də məzmunca təsirini özündə əks etdirən Tənzimat ədəbiyyatı yaranıb.

Mehti Gəncəli qeyd edib ki, bu dövrün türk ziyalıları, bir sıra dövlət xadimləri ədəbi islahat aparmaq, Avropa mütərəqqi ədəbiyyatından istifadə etmək məsələsini gündəmə gətirdiklərindən Avropadan, xüsusən Fransadan türk məktəbləri üçün müəllimlər dəvət olunur, orta məktəblərdə fransız dili tədris edilir, türklər təhsil almaq üçün Avropaya, xüsusən də Fransaya gedirdi.

Məruzəçi Tənzimat dövrü ədəbiyyatının nümayəndələrindən olan Şinasi, Namiq Kamal, Şəmsəddin Sami və digər ədiblər haqqında geniş məlumat verərək, onların əsərlərini təhlil edib.

Tədbir iştirakçıların mövzu ətrafında diskussiyaları ilə davam edib.

Xəbərlər

BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub

BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub
09/06/2026

BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində

BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində
09/06/2026

Misirin Azərbaycandakı səfiri BDU-da

Misirin Azərbaycandakı səfiri BDU-da
09/06/2026