Şərqşünaslıq fakültəsinin müəllimləri beynəlxalq konfransda

16/10/2017

AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə AMEA-nın həqiqi üzvü, Sovet İttifaqı qəhrəmanı Ziya Bünyadovun xatirəsinə həsr olunmuş “Müasir Şərqşünaslığın aktual problemləri” (“Ziya Bünyadov qiraətləri”) mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransın müxtəlif bölmələrindəİran filologiyası kafedrasının əməkdaşları, professor Mehdi Kazımov “Ə.Şirazinin üçüncü “Xəmsə”si”, dosent Əsmətxanım Məmmədova “Müasir fars dilində fonetik əvəzlənmələrin səciyyəsi”, Cavanşir Məmmədzadə “F.Fərruxzadın məhəbbət lirikası”, Türk filologiyası kafedrasından Nərminə Məmmədova “Fransız və ingilis mənşəli terminlərin müasir türk ədəbi dilində leksik-semantik mənimsənilmə yolları”, Ərəb filologiyası kafedrasından Təranə Hüseynbalayeva “Qədim Şərqdə yazı materialı və alətləri” mövzularında məruzələrlə çıxış ediblər. Natiqlərin məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ilə bağlı verilən suallar ətraflı cavablandırılıb. Professor Mehdi Kazımov və dosent Əsmətxanım Məmmədova bölmə iclaslarına da sədrlik ediblər.

Qeyd edəki ki, beynəlxalq elmi konfransa Türkiyə, Rusiya Federasiyası, Niderland, Gürcüstan, Özbəkistan və b. ölkələrin nüfuzlu şərqşünas alimləri qatılıb.

orient.bsu.edu.az

Xəbərlər

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!
10/08/2026

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır
10/08/2026

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır
10/08/2026