Şərqşünaslıq fakültəsinin Tədris-Metodiki Şurasının hesabatı dinlənilib

23/10/2018

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda BDU-nun Tədris-Metodiki Şurasının sədri akademik Vasif Babazadə, şuranın üzvü professor Cahangir Məmmədli və  fakültənin professor-müəllim heyəti  iştirak edib.  Elmi Şuranın sədri, dekan professor Elxan Əzizov gündəlikdəki əsas məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb. Əvvəlcə fakültə Tədris-Metodiki Şurasının sədri professor Mehdi Kazımovun hesabatı dinlənilib. Məruzəçi TMŞ-nin tərkibi, əsas hüquq və vəzifələri barədə məlumat verdikdən sonra cari ildə gördüyü işlər barədə danışıb. TMŞ-nin xətti ilə fakültə üzrə 54 nəfər müəllimin dərsinin təşkili və keyfiyyətinin yoxlanılaraq qiymətləndirilməsi, dərslik, dərs vəsaiti, proqram təminatı sahəsindəki yeniliklər barədə məlumat verilib. Ərəb filologiyası kafedrasının müdiri akademik Vasim Məmmədəliyev, Türk filologiyası kafedrasının müdiri professor Rüfət Rüstəmov, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri professor Oqtay Cəlilbəyli, bakalavriatura üzrə dekan müavini Cavanşir Məmmədzadə TMŞ-nin illik fəaliyyəti barədə müxtəlif rəy və təkliflərlə çıxış ediblər. Professor Mehdi Kazımovun hesabatı BDU-nun Tədris-Metodiki Şurasının üzvləri tərəfindən yüksək qiymətləndirilib. Sonda Elmi Şura üzvlərinin səsverməsilə Şərqşünaslıq TMŞ-nin 2017-2018-ci tədris ili üçün hesabatı qəbul edilib. İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 23 oktyabr 2018-ci il.

Xəbərlər

BDU və “Zəfər bağları” MMC-nin əməkdaşları arasında görüş keçirilib

BDU və “Zəfər bağları” MMC-nin əməkdaşları arasında görüş keçirilib
10/07/2025

BDU Elmi Şurasının 2024/2025-ci tədris ilində son iclası

BDU Elmi Şurasının 2024/2025-ci tədris ilində son iclası
10/07/2025

“Azərsun Holdinq” BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb

“Azərsun Holdinq” BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
09/07/2025