Şərqşünaslıq fakültəsinin tələbələri beynəlxalq debatda iştirak ediblər

04/04/2019

Bakı Dövlət Universitetinin  Şərqşünaslıq fakültəsinin “Regionşünaslıq (ərəb ölkələri üzrə)” ixtisasının tələbələri Şəhriyar Fərziyev (III kurs), Nigar Bağırlı, Qəmər Rzayeva və Fərid Həsənli (IV kurs) Qatarın paytaxtı Doha şəhərində keçirilən “Universitetlərarası V beynəlxalq debat çempionatı”nda iştirak ediblər. Yarışa 52 ölkədən 100 universitet komandası qatılıb. Debat elmi, ictimai-siyasi, tarixi, iqtisadi və s. mövzulara həsr olunub.

Səfər çərçivəsində tələbələr şəhər turlarında, Safari gəzintisində olublar.

Mətbuat və nformasiya şöbəsi, 04 aprel 2019-cu il.

Xəbərlər

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
21/11/2026

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026