Şərqşünaslıq fakültəsinin tələbələri Hərbi Qənimətlər Parkında olublar

06/10/2021

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi Cəbrayılın azad olunması günü münasibətilə Hərbi Qənimətlər Parkını ziyarət ediblər. Tələbələr Azərbaycan ordusunun əks-hücum əməliyyatları nəticəsində düşmənin döyüş meydanında qoyub qaçdığı hərbi texnika ilə yerində tanış olublar.

Qeyd edək ki, BDU-da Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar olaraq tələbə gənclərin Hərbi Qənimətlər Parkını ziyarəti təşkil olunur. Hərbi Qənimətlər parkına mütəmadi olaraq səfərlərin təşkil olunması tələbə gənclərin  vətənpərvərlik hisslərinin gücləndirilməsinə, onların şanlı ordumuzun əldə etdiyi parlaq qələbənin möhtəşəmliyini hiss etməsinə xidmət edir. Səfərin məqsədi tələbələri Vətən müharibəsi ərzində Azərbaycanın müzəffər ordusunun apardığı döyüşlər, hərbi əməliyyatların gedişatı və möhtəşəm Zəfərimizin nəticələri ilə tanış etməkdir.

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026