Rumıniyanın Buxarest İqtisadi Elmlər Universitetinin nümayəndə heyəti BDU-da

28/10/2026

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Rumıniya Respublikasının Buxarest İqtisadi Elmlər Universitetinin rektoru Nikolae İstidorun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rektor Elçin Babayev ali təhsil sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, elmi potensialın gücləndirilməsi və universitetlər arasında beynəlxalq əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Universitetin ən böyük fakültələrindən olduğunu, burada iqtisadiyyat üzrə 4 kafedranın fəaliyyət göstərdiyini xatırladıb, iqtisadiyyatın ən müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Buxarest İqtisadi Elmlər Universitetinin rektoru Nikolae İstidor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verib. Rektor bildirib ki, 1913-cü ildə əsası qoyulan universitetdə 13 fakültə fəaliyyət göstərir, ingilis, fransız, alman dillərində təhsil proqramları da mövcuddur.

Görüşdə iki universitet arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması, akademik təcrübə mübadiləsi və beynəlxalq layihələrdə iştirak imkanları müzakirə olunub.

Sonda Buxarest İqtisadi Elmlər Universitetinin rektoru Nikolae İstidor BDU-nun infrastrukturu ilə tanış olub.

 

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar
29/10/2026