Rumıniyanın ölkəmizdəki səfiri və nümayəndə heyəti BDU-da

20/05/2024

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Rumıniya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare, Buxarest Universitetinin rektoru, Qara Dəniz Universitetlər Şəbəkəsinin prezidenti Marin Perda, Şəbəkənin baş katibi Eden Mamut ilə görüşüb.

Qonaqları salamlayan rektor Elçin Babayev BDU-nun tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri ilə bağlı məlumat verib, Universitetin Rumıniya universitetləri ilə səmərəli, uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Rektor BDU ilə Buxarest Universiteti arasında maraq doğuran istiqamətlər üzrə ikili diplom proqramlarının qurulması, akademik, inzibati heyətin və tələbə mübadiləsinin aparılmasının əhəmiyyətinə toxunub. Elçin Babayev eyni zamanda ortaq forumların, elmi konfransların keçirilməsinin, birgə elmi qrantlara müraciət edilməsinin vacibliyini qeyd edib. O bildirib ki, BDU-nun Rumıniya universitetləri ilə “Erasmus+ KA 171” proqramı çərçivəsində uğurlu əməkdaşlığı mövcuddur və bu istiqamətdə Buxarest Universiteti ilə də faydalı əməkdaşlıq qurula bilər.

Buxarest Universitetinin rektoru Marin Perda BDU ilə ortaq layihələrə, xüsusilə müəllim-tələbə mübadiləsinin, müxtəlif sahələr üzrə elmi tədqiqatların genişlənməsinə ehtiyac olduğunu bildirib.

Görüşdə həmçininin iki universitet arasında ikitərəfli və Qara Dəniz Universitetlər Şəbəkəsi çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025