Rus dili üzrə tədris vəsaiti

24/09/2010

BDU-nun Humanitar fakültələrinin rus dili kafedrası tərəfindən hazırlıq fakültəsinin əcnəbi tələbələri üçün «Rus dili üzrə tədris vəsaiti» işıq üzü görüb. Təhsil Nazirliyinin Elmi-Metodik şurası tərəfindən təsdiqlənən  tədris vəsaitinin müəllifləri Ə.M.Paşayeva, L.M.Quliyeva və L.H.Seyid-zadədir. 120-150 saat auditoriya məşğələsinə hesablanmış tədris vəsaiti  22 dərsdən ibarətdir. Vəsaitdən müəllim vasitəsilə, həmçinin fərdi qaydada istifadə etmək mümkündür. Hər bir dərs mətnlərdən, dialoqlar və tapşırıqlardan ibarətdir. Vəsaitin mətn materialları tələbələrin dialoq və monoloq qura bilməsinə imkan verir.

Tədris vəsaitinin elmi rəhbəri, dosent X.M.Tağıyeva, rəyçiləri isə T.A.Xaspoladova və Z.A.Mənsimovadır.

Hazırlıq fakültəsinin əcnəbi tələbələri üçün «İş dəftəri»

BDU-nun Humanitar fakültələrinin rus dili kafedrası tərəfindən hazırlıq fakültəsinin əcnəbi tələbələri üçün «İş dəftəri» işıq üzü görüb. «Rus dili üzrə tədris vəsaiti»nin əlavəsi kimi hazırlanan «İş dəftəri» Təhsil Nazirliyinin Elmi-Metodik şurası tərəfindən təsdiqlənib. «İş dəftəri»nin müəllifləri Ə.M.Paşayeva, L.M.Quliyeva və L.H.Seyid-zadədir. Buraxılış 22 dərsdən ibarətdir və onların hər biri tədris vəsaitinin müvafiq dərsləri ilə bağlıdır. 120-150 saat dərs saatına hesablanan «İş dəftəri» hazırlıq şöbəsinin müəllimləri ilə işləmək üçün nəzərdə tutulub.

Buraxılışın elmi rəhbəri, dosent X.M.Tağıyeva, rəyçiləri isə K.M. Nuriyeva və T.A.Xaspoladovadır.

 

 

 

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026