Rusiya Federasiyasının əməkdar ekoloqu BDU-da olub

27/04/2015

Rusiya Federasiyası Tümen Dövlət Universitetinin Ekologiya və Təbii Sərvətlərdən Səmərəli İstifadə Elmi-Tədqiqat İnstitutunun direktoru, Rusiya Federasiyasının əməkdar ekoloqu, professor A.B.Soromotin Ekologiya və torpaqşünaslıq fakültəsində olub. Fakültə rəhbərliyi ilə işgüzar və maraqlı görüşlər keçirən alim gələcək əməkdaşlığın vacibliyini xüsusi qeyd edib. Gələcəkdə davam etdiriləcək əlaqələrin konturları müəyyən edilib və qarşılıqlı anlaşma memorandumu və müqavilənin bağlanmasına ehtiyac duyulduğu qeyd olunub. Görüşdə fakültənin dekanı, professor Nazim Şəmilov, Coğrafi ekologiya kafedrasının müdiri, professor Şövqi Göyçaylı, Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva, Bioekologiya kafedrasının müdiri, professor  Nərminə Sadıqova, Yerquruluşu torpaq və şəhər kadastrı kafedrasının müdiri, dosent Teymur Nizamzadə, magistrant,  doktorantlar və əməkdaşlar da iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 27 aprel 2015-ci il.

Xəbərlər

BDU-da Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzi yaradılır

BDU-da Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzi yaradılır
16/07/2026

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq
15/07/2026

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq  
15/07/2026