Rusiya Təhsil Akademiyasının prezidenti Lyudmila Verbitskaya BDU-da olub

07/12/2015

Rusiya Təhsil Akademiyasının, Sankt-Peterburq Dövlət Universitetinin, eyni zamanda Rus dili və ədəbiyyatı Müəllimlərinin Beynəxalq Assosiasiyasının prezidenti, filologiya elmləri doktoru, professor Lyudmila Verbitskayanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Bakı Dövlət Universitetində olub.

Rektor, akademik Abel Məhərrəmovla görüşdə Azərbaycan-Rusiya əlaqələri, təhsil və elm sahəsində münasibətlərdən, prezidentlər İlham Əliyev və Vladimir Putinin apardıqları uzaqgörən və müdrik siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, humanitar sahədə də dinamik və effektiv uğurların əldə edilməsindən bəhs edilib. Rektor Abel Məhərrəmov bu günlərdə Rusiyanın Stavropol vilayətinin Yessentuki şəhərində Heydər Əliyev Fondu və Yessentuki şəhər Administrasiyasının dəstəyi ilə böyük rus alimi, professor, Bakı Dövlət Universitetinin ilk rektoru olmuş Vasili İvanoviç Razumovskinin xatirə barelyefinin açılışından danışıb. Eyni zamanda, Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələri, üzvü olduğu birlik və assosiasiyalardakı fəaliyyətindən söz açıb.

Professor Lyudmila Verbitskaya, öz növbəsitndə, Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edib.

Görüş Bakı Dövlət Universitetinin Rus Mərkəzində filologiya fakültəsinin professor-müəllim heyətinin iştirakı ilə davam edib.

Mətbuat və informasiya şöbəsi, 07 dekabr 2015-ci il.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026