Rusiyalı alim BDU-da keçirilən elmi seminarda məruzə ilə çıxış edib

02/11/2021

Bakı Dövlət Universitetinin (BDU) nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda keçirilən elmi seminarda Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış hesablamalar Mərkəzinin müdiri, professor Afanasyev Aleksandr Petroviç "Qabarıq və qabarıq olmayan istehsal vahidlərinin təhlili və performansının idarə edilməsi üçün çoxölçülü vizuallaşdırma üsulları" mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə universitetlər, maliyyə institutları, xəstəxanalar və s. kimi müəssisələrin sosial-iqtisadi vahidlərinin səmərəliliyinin təhlili və idarəetmə fəaliyyəti üçün geniş istifadə olunan riyazi metodlar və modellərdən bəhs olunub. Qeyd edilib ki, təklif olunan üsul əsasında istehsal vahidi üçün əmsallar dəsti təqdim edilir və bu əmsallar bəzi çəkilərlə əlavə edilərək hər bir vahidin işini qiymətləndirmək üçün reytinq funksiyası müəyyən edilir.

Seminarda institutun əməkdaşları və Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü,  Atatürk Universitetinin Riyaziyyat bölməsinin professorları Ahmet Ocak Akdemir və Erhan Set iştirak ediblər.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026