Rusiyalı alimlə elmi əməkdaşlıq məsələləri müzakirə olunub

30/11/2010

Rektor, akademik Abel Məhərrəmov Moskva Dövlət Universitetinin Biofizika kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Dövlət mükafatı laureatı, professor Andrey Borısoviç Rubini qəbul edib. BDU haqqında ətraflı məlumat verən akademik Abel Məhərrəmov universitetin yaranma və inkişaf tarixindən, əsasən bu təhsil ocağının beynəlxalq əlaqələrindən bəhs edib. Məlum olub ki, BDU dünyanın aparıcı təhsil ocaqları ilə yanaşı, Rusiya Federasiyası universitetləri, o cümlədən Moskva Dövlət Universiteti ilə səmərəli ikitərəfli əlaqələr qurub. Nanotexnologiya və innovasiyadan danışan rektor, MDU alimlərinin bu sahədəki təcrübələrini azərbaycanlı alimlərlə bölüşdüyünü, səmərəli və birgə işbirliyi alındığını qeyd edib.

Qonaq  da öz növbəsində Bakı Dövlət Universitetinin elm və təhsilində böyük irəliləyiş olduğunu, əlaqələrin daha səmərəli və sıx olmasında maraqlı olduğunu nəzərə çatdırıb.

 

 

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

“GeoCamp” Tələbə yay düşərgəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilə görüş

“GeoCamp” Tələbə yay düşərgəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilə görüş
31/08/2026

BDU-ya qəbul olunanların 504 nəfəri 600-dən yuxarı bal toplayıb

BDU-ya qəbul olunanların 504 nəfəri 600-dən yuxarı bal toplayıb
31/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları
31/08/2026