Rusiyali alimlər Tarix fakültəsində olublar

05/04/2018

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Rusiya Dövlət Humanitar və Texnologiya Universitetinin Hüquq fakültəsinin dekanı professor Qorşkova Marina Abdullova və Məktəbəqədər təhsilin nəzəri metodikası kafedrasının dosenti Lyudmila Viktorovna ilə görüş olub.

Dekan Azad Rzayev qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edib, fakültənin beynəlxalq əlaqələrindən bəhs edib. Universitetlərarası əlaqənin önəmindən bəhs edən dekan Rusiya Dövlət Humanitar-Texnologiya Universiteti ilə perspektiv layihələrdən danışıb.

Qonaqlar təmsil etdikləri universitet barədə məlumat verib, BDU-nun Tarix fakültəsi və kafedraların fəaliyyət istiqamətləri ilə tanışlıqlarını, elm-təhsil sahəsində əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını söyləyiblər.

Görüşdə yaxın gələcəkdə BDU ilə Rusiya Dövlət Humanitar-Texnologiya Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması məsələsi də müzakirə edilib.

Mətbuat və informasiya şöbəsi, 05 aprel 2018-ci il.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026