Rusiyanın Xalqlar Dostluğu Universitetinin nümayəndə heyəti Jurnalistika fakültəsində olub

21/09/2018

Rusiyanın Xalqlar Dostluğu Universiteti ilə Bakıdakı Rus mədəniyyət-informasiya mərkəzinin birgə təşkil etdiyi “Rəqəmsal dövrdə jurnalistikanın inkişaf tendensiyaları” adlı seminar çərçivəsində Bakıda səfərdə olan Rusiyanın Xalqlar Dostluğu Universitetinin nümayəndə heyəti Jurnalistika fakültəsində qonaq olublar.

Jurnalistika fakültəsinin Tədris tele-radio studiyasında keçirilən görüşdə Rusiyanın Xalqlar Dostluğu Universitetinin Filologiya fakültəsinin dekanı,  Jurnalistika kafedrasının müdiri Viktor Barabaş, siyasi elmlər namizədi, dosent Sergey Vodopedov, filologiya elmləri namizədi Anar Həsənov, BDU-nun Rus mərkəzinin rəhbəri Arzu Məmmədova, dekan müavini Aytəkin Zeynalova, tədris tele-radio studiyasının rəhbəri Ramin Rzayeviştirak ediblər.

Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu qonaqları fakültədə görməkdən məmnunluğunu ifadə edib, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tarixi, inkişaf səviyyəsi və müasir durumu ilə bağlı məlumat verib.

Daha sonra Rusiyanın Xalqlar Dostluğu Universitetinin Filologiya fakültəsinin dekanı Viktor Barabaş,  jurnalistlərin sosial-siyasi sahədəki fəaliyyətlərinin önəmindən, Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafından, Rusiya - Azərbaycan münasibətlərindən, bəhs edib. Bütün sahələr kimi jurnalistikanın da özünəməxsus xüsusiyyətlərə, qayda və yaradıcılıq sirlərinə malik peşə olduğunu qeyd edən qonaq keyfiyyətli materialların ərsəyə gəlməsində əhəmiyyətli rol oynayan zəruri məqamlardan söz açıb. Bildirib ki, peşəkar jurnalist statusunu almaq istəyən iddialı tərəfin informasiya duyumu, zəngin dünyagörüşü, intellektual bazası olmalı, yazıb-yaratmaq istəyi, həvəs və marağı sərhəd tanımamalıdır.

Qonaqlarfakültədə fəaliyyət göstərən BDU-nun tədris-televiziya studiyasının fəaliyyəti ilə tanış olub, tələbə çəkilişlərini izləyib, BDU TV-nin “Xəbərlər” proqramına müsahibə veriblər.

Mətbuat və informasiya şöbəsi, 21 sentyabr 2018-ci il.


Xəbərlər

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026