Röya BDU-da 100 illik yubiley münasibətilə konsert verdi

28/10/2019

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi  münasibətilə başlanan mədəni-kütləvi tədbirlər çərçivəsində Xalq artisti Röya Ayxan və Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli universitetdə qonaq olub, konsert proqramı təqdim ediblər. BDU-nun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan konsert proqramında qonaqları salamlayan rektor Elçin Babayev müğənni Röyanı Xalq artisti adına layiq görülməsi münasibətilə təbrik edib. Qonaqlar universitetin 100 illik yubileyi ərəfəsində konsertə dəvət olunduqları üçün universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər. Nailə Mirmmədlinin bəstələrini ifa edən estrada müğənnisi Röya tələbələrə xoş anlar yaşadıb.

 

Xəbərlər

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
21/11/2026

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026