SABAH qruplarına tələbə seçimi müsabiqəsinin II mərhələsinə başlanılır

05/06/2018

SABAH qruplarına 2018-2019-cu tədris ili üçün tələbə seçimi müsabiqəsinin  birinci mərhələsi başa çatıb. Bu mərhələdə 1712 tələbə elektron ərizəni müvəffəqiyyətlə tamamlayıb, 1645 tələbənin ərizəsi təsdiqlənib, 67 tələbənin ərizəsi isə müsabiqə qaydalarına uyğun olmadığı üçün ləğv edilib.

SABAH qruplarına 2018-2019-cu tədris ili üçün tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi iyunun 10-da keçiriləcək. Tələbələr imtahana buraxılış vərəqələrini 6 iyun tarixindən etibarən www.student.sabah.edu.az saytındakı şəxsi kabinetə daxil olaraq yükləyə və çap edə bilərlər. İmtahana gələn zaman tələbələr buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidilər.

Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədi ilə yaradılıb. SABAH qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olan tələbələr üçün ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha uğurlu namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edir.

Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2300-dən tələbəni,  650-dən  çox müəllim-professor heyətini əhatə edir.

2016-2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfərdir.

edu.gov.az

Xəbərlər

IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib

IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib
30/09/2023

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"
29/09/2023

BDU-nun Kimya fakültəsində qazilərlə görüş

BDU-nun Kimya fakültəsində qazilərlə görüş
29/09/2023