SABAH qruplarında imtahan

27/01/2016

Bakı Dövlət Universitetinin SABAH qruplarında keçirilən imtahanlarda 8 ixtisas üzrə 124 tələbə iştirak edib. Qeyd edək ki, BDU-nun SABAH qruplarında 13 ixtisas qrupu üzrə 425 tələbə təhsil alır. Universitetdə ingilis dili üzrə imtahan verən digər tələbələrdən fərqli olaraq SABAH tələbələrinin bu fənn üzrə dörd dil bacarığı - danışmaq, dinləmək, oxumaq və yazmaq üzrə bilikləri yoxlanılır.

SABAH qrupları 45 ixtisas üzrə elmi-pedaqoji potensialı, tədris laboratoriyası və maddi-texniki bazası yüksək olan 11 ali məktəbdə fəaliyyət göstərir. 1632 tələbənin təhsil aldığı bu qruplarda 500-dək müəllim dərs deyir. SABAH qruplarında tədris fərqli proqram əsasında keçirilir və tələbələrə xüsusi təqaüd verilir, eyni zamanda aztəminatlı ailələrdən olan tələbələr yataqxana ilə təmin olunurlar.

Mətbuat və informasiya şöbəsi, 27 yanvar 2016-cı il.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”
02/11/2026

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
02/11/2026

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”
02/11/2026