SABAH qruplarının magistratura səviyyəsi üzrə müəllim qəbuluna başlanılır

20/07/2023

SABAH qruplarının magistratura səviyyəsində 2023-2024-cü tədris ilinin payız semestri üçün müəllim qəbuluna başlanılır. Professor-müəllim heyəti və mütəxəssislər müsabiqə əsasında müxtəlif fənlər üzrə saathesabı qaydada işə dəvət olunurlar.

Müsabiqədə iştirak üçün son müraciət tarixi 27 iyul saat 23:59 müəyyən olunub.

Müsabiqədə azı üç il ali təhsil pilləsində pedaqoji təcrübəyə malik magistr və daha yüksək elmi dərəcəsi olan, mükəmməl səviyyədə İKT, innovativ tədris metodları və müasir pedaqoji yanaşmaları tətbiq etməyi bacaran namizədlər iştirak edə bilərlər.

Müsabiqə və vakant yerlər barədə ətraflı məlumatı linkə (https://shorturl.at/kot79) daxil olmaqla "Tədbirlər və elanlar" bölməsindən əldə etmək mümkündür.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026