SABAH qrupunun müəllimləri “Rusiya-Çin: tarix və mədəniyyət” mövzusunda X yubiley elmi-praktik konfransında

16/10/2017

BDU-nun SABAH qrupunun müəllimləri dosent Əzizağa Nəcəfov və fil.ü.f.d. Aynur Nəcəfova Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində yerləşən Kazan Federal (Volqaboyu) Universitetinin nəzdində fəaliyyət göstərən “Beynəlxalq əlaqələr, tarix və şərqşünaslıq İnstitutunun” təşkilatçılığı ilə keçirilən “Rusiya-Çin: tarix və mədəniyyət”mövzusunda X yubiley elmi-praktik konfransında iştirak ediblər. Dosent Əzizağa Nəcəfov Sankt-Peterburq Universitetinin professoru V.L.Uspenskinin sədrliyi ilə keçirilən “Çinin tarixi” bölümündə “Çinin və çinli obrazlarının Nizami Gəncəvi Xəmsə”sində bədii əksi” mövzusunda, müəllim Aynur Nəcəfova isə Kazan Federal Universitetinin Çin dili və ədəbiyyatının tədrisinin analizi və çinşünaslıq kafedrasının müdiri professor Ə.R. Alikberovanın moderatorluğu ilə keçən “Çin dilinin tədrisinin metodikası” adlı bölümdə “Qədim Çin ədəbiyyatı nümunələrinin Azərbaycan ali məktəblərində öyrənilməsi problemi (Bakı Dövlət Universitetinin təcrübəsi əsasında)” mövzusunda məruzə ediblər.

Qeyd edək ki, SABAH qrupunun müəllimləri, eyni zamanda,Tatarıstan Respublikası Elmlər Akademiyasında, Milli Kitabxanada, Kazan Federal Universiteti nəzdində fəaliyyət göstərən İslam ölkələri araşdırma mərkəzində və Milli Etnoqrafiya Muzeyində olub, alim və mütəxəssislərlə görüşüb, fikir mübadiləsi aparblar.

Mətbuat və informasiya şöbəsi, 16 oktyabr 2017-ci il.

Xəbərlər

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!
10/08/2026

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır
10/08/2026

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır
10/08/2026