SABAH tələbələrinə “İctimai sağlamlıq və texnologiya” mövzusunda ustad dərsi keçirilib

16/05/2022

Münhen Texniki Universitetinin Sosial elmlər, Texnologiya və Cəmiyyət İnstitutunun elmlər doktoru Aysel Sultan Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının müvafiq ixtisaslarının II, III, IV kurs tələbələrinə “İctimai sağlamlıq və texnologiya” mövzusunda ustad dərsi keçib.

Ustad dərsində ictimai sağlamlıq və texnologiya haqqında ümumi məlumatlar nümunələr əsasında təqdim olunub. Məruzəçi bu istiqamətlərin Azərbaycanda inkişaf tendensiyasından bəhs edib.

Dərsdə ontologiya və epistemologiya mövzularına toxunularaq sosioloji yanaşmalar barəsində ətraflı müzakirələr aparılıb.

Sonda texnologiyanın insanları bir araya gətirən və eyni zamanda uzaqlaşdıran platforma olduğuna dair tələbələrlə diskussiya aparılıb.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2026

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2026

BDU-da “Fiziki sistemlərin modelləşdirilməsində süni intellektin rolu” mövzusunda təlim

BDU-da “Fiziki sistemlərin modelləşdirilməsində süni intellektin rolu” mövzusunda təlim
17/11/2026