SABAHın hüquqşünasları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

11/12/2017

Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə II  kurs SABAH qrup tələbələri SABAH qruplarında “Əmək hüququ” fənnini tədris edən, professor Mayis Əliyevin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Müasir Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, eləcə də Mərkəzdə fəaliyyət göstərən muzeylə yaxından tanış olan tələbələr Mərkəzin ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi, geniş təbliği, qorunub saxlanılması və hərtərəfli inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirib və yaratdıqları şəraitə görə Mərkəz rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Gələcəyimizin hüquq müdafiəçiləri ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün Azərbaycan gəncləri üçün örnək olduğunu vurğulayıb, onun ideyalarını davam etdirəcəklərinə söz veriblər.

Mətbuat və informasiya şöbəsi, 12 dekabr 2017-ci il.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026