“SABAHın Könüllüsü” təqdim olunub

10/04/2015

Bakı Dövlət Universitetində SABAH qrupları üzrə “”SABAHın könüllüsü” proqramının təqdimatı keçirilib. Tədbiri BDU üzrə SABAH Mərkəzinin rəhbəri, dosent İradə Süleymanova açıb. O, tələbələrə “SABAHın Könüllüsü” proqramı və onun yaradılması haqqında qısa məlumat verib. Daha sonra “SABAHın Könüllüsü” komandasının BDU üzrə supervayzerləri özlərini SABAH qrupları tələbələrinə təqdim edib və proqram çərçivəsində görüləcək işlər barədə məlumat veriblər. Daha sonra əvvəlcədən elan olunmuş “”SABAHın İdeyası” müsabiqəsinin qalibi elan edilib. Qalib kimya fakültəsinin II kurs tələbəsi Naibə Elestun qızı Cəbiyeva olub. Tədbirin sonunda tələbələrin hazırladığı “SABAHın fəaliyyəti” video çarxı nümayiş olunub.

Mətbuat və informasiya şöbəsi, 10 aprel 2015-ci il.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026