Sankt-Peterburq Dövlət Universitetinin dosenti BDU-nun Şərqşünaslıq fakültəsində olub

14/12/2018

Sankt-Peterburq Dövlət Universitetinin Koreyaşünaslıq kafedrasının dosenti Choi İnna Valiriantovna Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasında olub. Görüşdə BDU rektorunun Beynəlxalq əlaqələr üzrə müşaviri professor Çingiz İsmayılov, Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev, Uzaq Şərq dilləri və dəbiyyatı kafedrasının müdiri, professor Oqtay Cəlilbəyli və Uzaq Şərq dilləri və ədəbiyyatı kaferasının Koreya dili müəllimləri, Koreya Fondunun Koreya dili mütəxəssisləri iştirak ediblər.

Görüşdə BDU-da keçirələcək I Beynəlxalq Koreya dili və ədəbiyyatı seminarına hazırlıq işləri müzakirə edilib, BDU ilə Sankt-Peterburq Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələri istiqamətində fikir mübadiləsi aparılıb.

Mətbuat və informasiya şöbəsi, 14 dekabr 2018-ci il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026