“Seçki hüququ” adlı seminar keçirilib

30/09/2013

Bakı Dövlət Universititeti Tələbə Həmkarlar İttifaqı Komitəsi Hüquq Klubunun təşkilatçılığı ilə 9 oktyabr 2013-cü il  prezident seçkilərinə həsr olunmuş “Seçki hüququ” adlı seminar keçirildi. Tədbirin açılışını edən Bakı Dövlət Üniversititeti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov 1993-cü ildən başlayaraq Azərbaycanda demokratik seçki ənənəsinin formalaşmağa başladığını deyib. Hazırda ölkəmizdə  tam oturuşmuş, formalaşmış demokratik seçki sistemi yaranıb. Bu günə qədər Azərbaycanda 4 prezident, 4 parlament, 4 referendum və 3 bələdiyyə seçkisi keçirilib. Daha sonra Daşqın müəllim seminarın aktuallığından və gənclərin seçki prosesində iştirakının vacibliyindən danışaraq tədbrin keçirilməsinin əsas məqsədinin tələbələrin seçki hüququ üzrə biliklərinin artırılması, gənclərin seçki prosesində fəal iştirakı, onların hüquqi biliklərinin artırılmasında olduğunu vurğuladı və eksperti təqdim etdi. Seminarın ekspert qonağı qismində Bakı Dövlət Universiteti Hüquq fakültəsi Konstitusiya kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Sübhan Əliyev çıxış etdi. Ekspert seçki prosesi və seçki hüquqi ilə bağlı gəncləri düşündürən və aktual olan məsələləri aydınlaşdırdı. Dünyanın bir sıra ölkələrində seçkilərin keçirilmə prosesi ilə bağlı məlumatları və öz müşahidələrini seminar iştirakçılarına çatdırdı. Tədbirdə seçmək və seçilmək hüququndan istifadə etmənin mexanizmi, seçki hüququnun qanunvericilik aktlarında təsbiti haqqında daha ətraflı və təcrübi biliklər əsasında məlumat verildi. Seminarın sonunda iştirakçıların sualları Sübhan müəllim tərəfindən cavablandırıldı.

Mətbuat və informasiya şöbəsi, 30 sentyabr, 2013.

Xəbərlər

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda
22/05/2026

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub
22/05/2026

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”
22/05/2026