Sentyabrın 5-də BDU-da yay semestrinin imtahanları başlayacaq

01/09/2023

Bakı Dövlət Universitetində (BDU) 2022-2023-ci tədris ilinin yay semestrinin imtahan sessiyası 5-8 sentyabr 2023-cü il tarixlərində keçiriləcək. Bakalavriat səviyyəsi üzrə imtahanlar yazılı və şifahi olmaqla saat 10:00 -dan 13:00-dək, magistratura səviyyəsi üzrə isə saat 14:00-dan 17:00-dək keçiriləcək.

Ümumilikdə yay semestrinin imtahan sessiyasında 200-dən artıq fənn üzrə 975 bakalavr və 29 magistr iştirak edəcək.

Qeyd edək ki, BDU-da yay semestri Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən təşkil olunub.

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026