Tanınmış özbək alimi BDU-da

10/06/2022

Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin Sosial elmlər fakültəsinin “Fəlsəfə və mənəviyyatın əsasları” kafedrasının müdiri Niginaxon Şermuhammedova BDU-nun Fəlsəfə və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanovanın dəvəti ilə Sosial elmlər və psixologiya fakültəsində olub.   
“Философия и жизнь” beynəlxalq jurnalının baş redaktoru, Rusiya Fəlsəfə Cəmiyyətinin Rəyasət Heyətinin fəxri  üzvü, əməkdar elm və təhsil işçisi Niginaxon Şermuhammedova həm də Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin Rəyasət Heyətinin üzvüdür. Əsasən elmin metodologiyası, fəlsəfəsi, epistemologiya və təhsilin fəlsəfi problemləri üzrə tədqiqatlar aparan Niginaxon Şermuhammedova 15-dən çox dərsliyin, iki monoqrafiyanın, 300-dən çox məqalənin  müəllifidir.  
O, Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadovla və tələbələrlə görüşüb. Dekan Rövşən Cavadov görüş zamanı tələbələrə bildirib ki, professor Nigina Şermuhammedova  Özbəkistanda, eləcə də MDB ölkələrində tanınan alim qadınlardan biridir. O, ontologiya, qnoseologiya, təhsilin fəlsəfəsi, fəlsəfi antropologiya fənlərindən mühazirələr oxumaqla yanaşı, 6 beynəlxalq elmi jurnalın Redaksiya Heyətinin üzvüdür. Müxtəlif mövzular üzrə keçirilən müzakirələrdə fəal iştirak edən Niginaxon Şermuhammedova on beş illik elmi fəaliyyəti dövründə 10-dan  çox elmlər namizədinə rəhbərlik edib.  
Özbəkistanlı alim tələbələrə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb, müəllifi olduğu dərsliklərdən bir neçəsini fakültə rəhbərliyinə hədiyyə edib.
Sosial elmlər və psixologiya fakültəsinin struktur bölmələri ilə tanış olan alim Fəlsəfə, Sosial iş, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedralarının professor-müəllim heyətləri ilə görüşüb. Niginaxon Şermuhammedova fakültə alimləri ilə görüşündən böyük məmnunluq hissi keçirdiyini qeyd edib, gələcəkdə azərbaycanlı elm adamlarının Özbəkistan ali məktəblərində görüşlər keçirməsinin əhəmiyyətini vurğulayıb. Gender və tətbiqi psixologiya kafedrasında aparılan tədqiqatlar və nəşr edilən elmi əsərlərlə tanış olan alim bu istiqamətdə həyata keçirilən işləri yüksək qiymətləndirib.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024