SEP-də “Tarixdə şəxsiyyət fenomeni” mövzusunda seminar keçirilib

20/12/2017

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində fəaliyyət göstərən “Bəhmənyar klubu”nun təşkilatçılığı ilə “Tarixdə şəxsiyyət fenomeni” mövzusunda seminar keçirilib. Öncə dekan, professor Hikmət Əlizadə tədbirin önəmindən, o cümlədən müasir dövrdə şəxsiyyət probleminin mühüm əhəmiyyət kəsb etməsindən bəhs edib.

Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, “Bəhmənyar klubu”nun rəhbəri, professor Rəbiyyət Aslanova mövzunun aktuallığına toxunaraq şəxsiyyət probleminin ən mühüm fəlsəfi problemlərdən biri olmasından, tarixdə şəxsiyyət məsələsinin hər bir xalqın inkişafındakı rolundan, ümummilli lider Heydər Əliyevin tarixi şəxsiyyət kimi çoxşaxəli fəaliyyətindən bəhs edib.

Daha sonra dosent Nərman Süleymanov, “Bəhmənyar klubu”nun idarə heyətinin sədri, III kurs tələbəsi Cavad Qurbanlı, II kurs magistrantı Araz Əliyev, Fəlsəfə ixtisası I və II kurs tələbələri Fərhad Seyfullazadə və İsa Bəylərov çıxış ediblər.

Mətbuat və informasiya şöbəsi, 20 dekabr 2017-ci il.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026