SEP-də təqdimat keçirilib

19/01/2019

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Gender və tətbiqi psixologiya kafedrasında Gender problemləri üzrə silsilə seminarlar çərçivəsində “Azərbaycanda gender üzrə məsul şəxlər” üçün resurs dəsti” nəşrinin təqdimatı keçirilib. Kafedra üzvləri, saathesabı müəllimləri, həm də gender problemləri ilə maraqlanan mütəxəssislərin iştirak etdiyi təqdimatı Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl aparıb.

Nəfis şəkildə hazırlanmış nəşrdə Gender üzrə dərslərin aparılması zamanı meydana çıxa biləcək problemlərin aradan qaldırılmasına, genderin elm və tədris fənni kimi dərk edilməsinə, tarixi ilə tanış olmasına və tələbələrə bu barədə bilikləri səlist və aydın şəkildə çatdırılmasına, eyni zamanda gender bərabərliyinin əsasını təşkil edən “Qadınlara qarşı ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” BMT-nin Konvesiyasının və müvafiq Azərbaycan qanunvericiliyinin düzgün həyata keçirilməsinə kömək göstərilməsi və digər məsələlər öz əksini tapıb. Təqdimat interaktiv formada keçib.

Mətbuat və informasiya şöbəsi, 18 yanvar 2019-cu il.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026